Topaz Premyer Liqaısnın XXII turunda AZAL-la qarşılaşmadan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, yerli mütəxəssis bunları deyib:
"Bakı” ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı. Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldır ki, ardıcıl 3 oyundur qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu”.
Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.