21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Finlandiyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununa hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək
Referi Viktor Şimuşikə yan xətt hakimləri Anton Qusev və Sergey Kosovets köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 8-də Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq görüş saat 20:30-da başlayacaq.