
Futbol üzrə İrlandiya yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu öncəsi sonuncu məşqə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Yüksək qızdırma səbəbindən təcrid olunan futbolçular - Adam İda və Ceyson Nayt da məşqdə iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 9-da BOS-da oynanılacaq Azərbaycan - İrlandiya matçı saat 20:00-da start götürəcək.