UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik, 80-ci dəqiqədə isə Kilian Mbappe qələbə topunu vurub.
Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib 2019-cu ildə Portuqaliya olub.
Qeyd edək ki, 3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub.
----------------------
UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib. Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub.
Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
------------------------------
Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.
Sportnet.az-ın məlumatına görə, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.
İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.
İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez - Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu oyun Turindəki "Yuventus" stadionunda gerçəkləşəcək.
UEFA Millətlər Liqası, final mərhələsi
Üçüncü yer uğrunda görüş
17:00. İtaliya - Belçika - 2:1
Qollar: Nikolo Barella, 46. Domeniko Berardi, 65 (pen.) - Şarl De Ketelare, 86
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Turin. "Yuventus" stadionu
Final
22:45. İspaniya - Fransa - 1:2
Qollar: Mikel Oyarsabal, 64 - Kərim Benzema, 66. Kilian Mbappe, 80
Baş hakim: Entoni Teylor (İngiltərə)
Milan. "San-Siro" stadionu
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.