Serbiya milli komandası Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyununa yalnız qalibiyyət üçün çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Draqan Stoykoviç yerli mətbuata açıqlamasında bildirib.
56 yaşlı mütəxəssis qarşıdakı oyunda qələbədən başqa heç nə gözləmədiklərini söyləyib: "Biz Azərbaycanla oyunda 3 xal əldə etmək və daha sonra Portuqaliya ilə həlledici görüşə yaxşı hazırlaşmaq istəyirik".
Kapitan Duşan Tadiç da eyni fikirləri səsləndirib. Niderlandın "Ayaks" klubunda çıxış edən təcrübəli hücumçu Azərbaycan yığmasını məğlub edəcəklərini və daha sonra Portuqaliya ilə qarşılaşmaya köklənəcəklərini söyləyib.
Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.