
Texniki səbəblərə görə Azərbaycan Premyer Liqasında keçirilən "Səbail" - "Keşlə" matçının canlı yayımında problem yaranıb.
Sportnet.az xəbər verir ki, "CBC Sport" telekanalı qısa zamanda problemin aradan qaldırılacağını bildirib.
"Qarşılaşmanın ikinci hissəsində yayım bərpa olunacaq. Efirdə yaranan fasiləyə görə tamaşaçılardan üzr istəyirik", - deyə telekanalın paylaşımında qeyd olunub.