2021/2022 mövsümündə Region Liqasında çıxış edəcək daha bir komandanın adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, "Karvan" klubu yeni mövsümdən həvəskar komandalar arasında çempionatda mübarizə aparacaq.
Yevlax təmsilçisinin yarışda iştirakı artıq təsdiqlənib.
Qeyd edək ki, 2004-cü ildə təsis olunmuş "Karvan" klubu 2014-cü ildə fəaliyyətini dayandırıb. Premyer Liqanın gümüş və bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olmuş kollektiv UEFA Kubokunda ilk dəfə mərhələ keçən Azəbaycan təmsilçisi kimi tarixə düşüb.