Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Varşava təmsilçisində baş məşqçi Çeslav Mixneviçin istefaya göndərilməsinə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.
Emreli 51 yaşlı mütəxəssislə fotosunu paylaşıb və "sizinlə işləmək xoş idi" yazıb.
Qeyd edək ki, Çeslav Mixneviç ötən gün uğursuz nəticələrdən sonra istefaya göndərilib. Onu Marek Qolebiyevski əvəzləyəcək. “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyast"a 1:4 hesabı ilə uduzub.