Fransanın PSJ klubunun adı açıqlanmayan futbolçusu işıqforda dayandığı vaxt maşınında qarət edilib.
Sportnet.az-ın "Le Parisien"ə istinadən məlumatına görə, həmin vaxt maşının salonuna fahişə daxil olub. O, içəridən pulqabını və telefonu aparıb.
Futbolçu polis çağırıb. Sonradan ona zəng edərək, müəyyən məkana gəlməsini istəyiblər və orada telefonunu qaytarıblar.
Qeyd edək ki, PSJ oktyabrın 24-də Liqa 1-in XI tur matçında "Marsel" komandası ilə səfərdə heç-heçə edib - 0:0. Hazırda Paris komandası 28 xalla liderdir.