
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur “Zəfər turu” elan olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.
Qeyd edək ki, 8 noyabr- 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” olaraq təsis edilib. Premyer Liqanın X turu 6-7 noyabrda gerçəkləşəcək.