Futzal üzrə Azərbaycan millisinin Ukrayna ilə keçirəcəyi yoldaşlıq görüşlərinin yeri və dəqiq vaxtı bəlli olub.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda rəqiblə iki dəfə üz-üzə gələcək.
Dekabrın 18-də və 19-da baş tutacaq hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) olacaq və saat 19:00-da start götürəcək.
Bu matçlar Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyacaq.