
UEFA Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona" komandaları arasında VI tur qarşılaşması azarkeşsiz keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, səbəb Bavariya federal regionunda koronavirusa yoluxanların sayının artmasıdır.
Görüş dekabrın 8-də Münhendə olacaq. Komandalar arasında "Nou Kamp"da təşkil olunmuş matçda "Bavariya" böyük hesabla qalib gəlib.
5 turdan sonra Almaniya klubu 15 xalla E qrupunda 1-ci yerdə gedir. "Barselona" isə 7 xalla 2-ci pillədə qərarlaşıb. Portuqaliya "Barselona"sı 5 xalla 3-cü, Ukraynanın "Dinamo" (Kiyev) komandası isə 1 xalla sonuncudur.