Portuqaliya polisi "Benfika"nın Ukraynanın "Dinamo" (Kiyev) klubuna qarşı keçirdiyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl 54 azarkeşi saxlayıb.
Sportnet.az RTP nəşrinə istinadən xəbər verir ki, qarşılaşmadan əvvəl hər iki komanda fanatları arasında qarşıdurma yaşanıb.
Münaqişə polisi müdaxilə etməyə məcbur edib. Saxlanılanlardan əlavə 12 nəfər xəstəxanaya aparılıb.
"Toqquşmalara polis müdaxilə etməli idi. Bizi daş, butulka və məşəllə qarşıladıqları üçün havaya atəş açmağa ehtiyac yarandı. Nəhayət, 12 nəfər polisin müşayiəti ilə xəstəxanaya çatdırılıb", - deyə polisdəki məndə bildirib.