"İnter"in prezidenti Georgi Nikolov Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Sportnet.az-ın məlumatına gpörə, klub prezidenti ilə yanaşı vitse-prezident Müzəffər Novruzəliyev, maliyyə departamentinin rəhbəri Elmar Qafarov və klubun digər nümayəndələri "Ana Fəryadı" abidəsinin ziyarətində iştirak edib.
Abidə önünə gül-çiçək dəstələri qoyan klub rəsmiləri faciədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.