Rusiya Premyer Liqasında çıxış edən "Nijni Novqorod" klubunun futbolçusu Bekim Balyay Azərbaycan klublarına təklif olunub.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, albaniyalı hücumçuya bir neçə klub maraq göstərib. Lakin sonda müqavilə şərtlərində razılıq əldə olunmayıb. Bu səbəbdən, 30 yaşlı forvardın transferi baş tutmayıb.
Qeyd edək ki, bu ilin yayından "Nijni Novqorod"un formasını geyinən Bekim Balyay müxtəlif vaxtlarda Türkiyənin "Gənclərbirliyi", Çexiyanın "Sparta" (Praqa), Polşanın "Yagelloniya", Xorvatiyanın "Riyeka", Rusiyanın "Axmat" və Avstriyanın "Şturm" komandalarının da şərəfini qoruyub. 2012-ci ildən Albaniya millisinə dəvət alan hücumçu 43 oyunda 9 qol vurub.