Moldova "Şerif"i baş məşqçi Yuri Vernidubla müqaviləni uzadıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssislə yeni sözləşmə 2024-cü ilin sonunadək nəzərdə tutulub.
Vernidub "Şerif"ə 2020-ci ilin dekabrından rəhbərlik edir. 55 yaşlı baş məşqçi komandanı tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Daha sonra Tiraspol təmsilçisi qrupda 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offuna çıxıb.