
"Neftçi”nin futbolçusu Nikolas Kanales Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Sumqayıt”la keçiriləcək oyun barədə fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, çilili hücumçu klubun rəsmi saytına açıqlamasında çətin oyun olacağını söyləyib.
O, bunları deyib: "Çünki səfərdə oynayacağıq. Bundan başqa, "Sumqayıt” gənc futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 3 xal qazanmaq bizim üçün çox vacibdir. Şadam ki, AZAL-la təxirə salınmış oyunda fərqləndim. Qolların davamını gətirməyə çalışacağam”.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması saat 16:00-da başlayacaq.














































































