
"Sumqayıt" klubunun yeni baş məşqçisi Aleksey Baqa Azərbaycana Yeni ildən sonra gələcək.
Bu barədə Sportnet.az-a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
Onun sözlərinə görə, belaruslu mütəxəssislə müqavilə imzalandıqdan sonra rəsmi təqdimat mərasimi keçiriləcək: "Baqanın köməkçiləri də həmin vaxt bəlli olacaq".
Komandanın yanvarın 5-də təlim-məşq toplanışına yığışacağını bildirən Məmmədov hazırlığa Bakıda start verəcəklərini söyləyib: "Toplanışın birinci mərhələsi Sumqayıtda, ikinci mərhələsi isə Türkiyənin Antalya şəhərində olacaq. Qardaş ölkədə 3 yoxlama oyunu keçiriləcək. Rəqiblər və tarixlər hələ dəqiqləşməyib".