Hazırda azzar agent statusunda olan futbolçu Kristian Eriksen məşqlərə başlayıb.
Sportnet.az-ın məlumatına görə, jurnalist Nikolo Skira danimarkalı yarımmüdafiəçinin bir neçə təklif aldığını bildirib. O, Eriksenlə Danimarka, Niderland və İngiltərə klublarının əlaqə saxladığını yazıb.
Qeyd edək ki, İtaliya "İnter"i dekabrın 17-də Kristian Eriksenin komandadan getdiyini açıqlayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar. A Seriyasının qaydalarına əsasən, də futbolçu defibrillyatorla oynaya bilməz.
Eriksen iyunun 12-də Avropa çempionatının Danimarka - Finlandiya (0:1) oyunu zamanı yerə yıxılıb və ayağa qalxa bilməyib. Meydanda ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya aparıblar. Sonradan Eriksenin ürək dayanması keçirdiyi müəyyənləşib. Oyunçuya kardioverter-defibrilyator qoyublar. O vaxtdan danimarkalı futbolçu rəsmi matçlarda meydana çıxmayıb.
Christian Eriksen.????#ForDanmark #DENpic.twitter.com/HLdW1U1RS9
— Danish Football (@DANISHF00TBALL) December 30, 2021