İspaniyanın "Luqo" klubunun baş məşqçisi Ruben Albes "Neftçi" ilə anlaşan Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilovun komandadan ayrıldığını təsdiqləyib
Sportnet.az xəbər verir ki, 36 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında 29 yaşlı yarımmüdafiəçini heyətdə saxlamağın mümkünsüz olduğunu bildirib.
O, təcrübəli oyunçunun çıxışını razı qaldığını gizlətməyib: "Mən Eddini çox bəyənirdim. Amma onu komandada saxlamaq imkanımız yoxdur. Ona görə də yeni futbolçu axtarmalıyıq".
Qeyd edək ki, Eddi İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib. İsrafilov yaxın günlərdə Bakıya gələrək "Neftçi" ilə rəsmi müqavilə imzalayacaq.