Afrika Millətlər Liqasında ilk turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, A qrupunun digər qarşılaşmasında Efiopiya və Kabo-Verde yığmaları qarşılaşıb.
Görüş Kabo-Verde millisinin qələbəsi ilə yekunlaşıb - 1:0. 12-ci dəqiqədə Yared Baye qırmızı vərəqə alaraq, Efiopiya yığmasını azlıqda qoyub. Yeganə qolu isə 45+1-ci dəqiqədə Juliu Tavareş vurub. Qalib komandadan "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade 76-cı dəqiqədə meydana daxil olub.
Bu qələbə sayəsində 3 xal qazanan Kabo-Verde yığması Kamerunla birgə A qrupuna başçılıq edir. Efiopiya və Burkina-Faso isə xalsızdır.