"Qarabağ"ın ispaniyalı futbolçusu Qaspar Panaderoya hər hanı təklif yoxdur.
Bu barədə Sportnet.az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı yarımmüdafiəçi yanvarın 16-da Bakıya qayıdacaq: "Qarabağ-2" hələ yığışmayıb. Futbolçuya tıklif alanadək əvəzedicidə məşq edəcək".
Qeyd edək ki, "Qarabağ" cari mövsümün əvvəlində Qaspar Panadero ilə 3 illik müqavilə imzalayıb. Futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb, 244 dəqiqə meydanda olub.