"Azərbaycan millisi 6-cı dəfə Avropa çempionatının final mərhələsində çıxış edir ki, bu da rəqib üçün müsbət haldır".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Gürcüstan milli komandasının kapitanı Zviad Kupatatdze Avropa çempionatında Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.
O bildirib ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektivin bu cür turnirlərdə oynamaq təcrübəsi var: "Biz isə təcrübəsiz komandayıq. Bununla belə, şanslar bərabərdir. Hər şeyi xırda nüanslar həll edəcək. Oyunçularımız yaxşı formadadır. İlk oyuna tam hazırıq".
Qeyd edək ki, dekabrın 22-də keçiriləcək Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.