İspaniya "Real Madrid"inin prezidenti Florentino Peres və onun "Barselona"dakı həmkarı Joan Laporta iki klubun transfer bazarındakı fəaliyyətini müzakirə edib.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, klublar bir-birilərinə hücum etməmək barədə pakt imzalayıblar. Onlar şifahi razılığa gəliblər ki, rəqib komandanın oyunçusunu yoldan çıxarmayacaqlar.
İstisna hal yalnız müqaviləsi bitən oyunçulara şamil olunacaq. Belə bir anlaşma gənclər komandasının futbolçularına münasibətdə əldə olunub.
Sözləşmə hər iki klubun digər komandalardan transfer hədəflərinə aid deyil.