Koronavirusa yoluxmuş Azərbaycan millisinin futzalçıları Rövşən Hüseynli və Qallonun komandaya qoşulacağı vaxt açıqlanıb.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, hər iki oyunçu yanvarın 28-də düşərgədə olacaq.
Onlar bu gecə sonuncu karantin gününü basa vuracaqlar. Həmin futzalçıların PCR testi yanvarın 22-də pozitiv çıxıb. Yığma bu gün sonuncu görüş üçün Amsterdama yola düşəcək və orada ilk məşqini keçirəcək.
Qeyd edək ki, hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.