Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda "Qarabağ” "Bakı”nı 3-0 hesabı ilə məğlub edərək, mərhələnin taleyini demək olar ki, həll edib. Sportnet.az-ın məlumatına görə, oyundan sonra jurnalistlər önünə çıxan paytaxtın eyni adlı klubunun baş məşqçisi İbrahim Uzunca matçın ilk hissəsində həyəcanlı olduqlarını bildirib.
O, bunları deyib: "Təşvişə düşdük və qollar buraxdıq. İkinci hissədə isə toparlanıb, daha cəsarətli oynadıq, öz oyunumuzu tapdıq. "Qarabağ" çox güclü komandadır. Azərbaycanın qürurudur. Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlindən gələni etdilər”.
Qeyd edək ki, "Bakı" "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.