1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elbrus Məmmədov "İnter"ə meydan oxudu
"Kubok oyunudur. Cavab qarşılaşmasını gözləmək lazımdır". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov "İnter"ə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra deyib.
Gənc mütəxəssis məğlubiyyətə rəğmən, qarşılarına mərhələni keçmək tapşırığının qoyulduğunu bildirib: "Düzdür, biz səfərdə iki qol buraxdıq. İki qol buraxdıqdan sonra ola bilər ki, mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər. Amma mərhələni keçmək bizim tapşırığımızdır. Hesab edirəm ki, bu tapşırıq həll olunmayanlardan deyil”.