"Gözləməzdim ki, məni elə qarşılaşsınlar. Məbuatda bəzi xəbərlər yayılmışdı ki, guya harasa əl atmışam ora getmək üçün. Ancaq elə deyil". Bu sözləri Sportnet.az-a açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Portuqaliyanın "Pakuş Ferreyra" klubuna səfərindən danışan Əhmədov Avropa futbolunu yaxından görmək istədiyini bildirib. O, Pro kateqoriyasının alınmasının deyil, təcrübə toplamağın əsas olduğunu söyləyib: "Məni Portuqaliyada qarşıladılar və təxminən 30 km uzaqlıqda olan Pakuş Ferreyra şəhərinə apardılar. Elə bil ki, Bakıdan Şüvəlana gedirsən. Bir həftə orada oldum, məşqləri izlədim. Klubdakı problemləri müzakirə edirdilər. Sonra "Porto" - "Sportinq" görüşünü izlədim. Ardınca "Pakuş Ferreyra" - "Belenenseş" oyununa getdim. Oyundan sonra onlara dedim ki, mənim ayağım sizə düşdü. Görək sizinki necə olacaq (gülür)? Hər halda Avropa futbolu ilə müqayisədə bizim futbolda görüləsi çox iş var".