AFFA prezidenti Rövnəq Abdullayev SOCAR prezidenti vəzifəsindən azad olunub.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla o, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavini təyin edilib. Nazirin I müavini Rövşən Nəcəf isə vəzifəsindən azad edilərək, SOCAR-a I vitse-prezident təyin olunub. R.Nəcəf həm də SOCAR prezidenti vəzifəsini müvəqqəti icra edəcək.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.