Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Sevilya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya aparılacaq.
Sportnet.az-ın məlumatına görə, Zaqreb təmsilçisi Sevilya şəhərinə fevralın 15-də yola düşəcək.
25 yaşlı hücumçunun meydana çıxıb-çıxmayacağına baş məşqçi Jelko Kopiç qərar verəcək.
Emreli "Dinamo"da kollektiv məşqlərə ötən gün qatılıb. O, Xorvatiya klubuna keçdikdən sonra ölkə çempionatındakı iki qarşılaşmanı buraxıb.
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.