
UEFA Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı futbolçuları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada Avropa Liqasında Portuqaliya "Braqa"sının hücumçusu Rikardu Orta, Konfrans Liqasında isə İngiltərə "Lester"inin yarımmüdafiəçisi Ceyms Meddison layiq görülüb. İngiltərəli futbolçunun Moldva "Şerif"i ilə matçdakı (2:0) dəqiq zərbəsi isə ən yaxşı qol nominasiyasında qalib olub.
Avropa Liqasında isə İspaniya "Barselona"sının yarımmüdafiəçisi Frenki de Yonqun İtaliyada "Napoli"ni 4:2 hesabı ilə məğlub etdikləri görüşdə vurduğu qol ən yaxşı seçilib.