İngiltərə Premyer Liqasında XXVII turun "Everton" - "Mançester Siti" matçında hər iki komanda meydana Ukrayna simvolları ilə çıxıb.
Sportnet.az-ın məlumatına görə, onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.
"Everton" futbolçuları əyinlərinə Ukrayna bayrağı geyiniblərsə, "Mançester Siti"nin oyunçularının formalarında "sarı-göy" bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub.
"Everton" və "Mançester Siti"nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar oyunqabağı məşq zamanı göz yaşlarına hakim ola bilməyərək, qucaqlaşıblar.
Qeyd edək ki, görüş "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 81-ci dəqiqədə Fil Foden vurub.
Heartbreaking to see Oleksandr Zinchenko in tears before kick-off as both teams show their support for Ukraine ???? ???????? pic.twitter.com/bZYNyziMSh
— Football Daily (@footballdaily) February 26, 2022
Man City's Zinchenko & Everton's Mykolenko embrace during the warm-up ???????? ???? pic.twitter.com/NjgrQOTlOf
— Football Daily (@footballdaily) February 26, 2022