Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.
Sportnet.az xəbər verir ki, Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.
Ali futbol qurumu həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub. Rusiya millisi isə ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün Beynəlxalq Olimpiya Komitəsi və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.