Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"unda gündəlik məşqlərdən sonra əlavə hazırlıq keçir.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi məşqçilər heyətinə yenicə daxil edilmiş komandanın sabiq bombardiri Okan Yılmazın rəhbərliyi altında son vuruşlar və baş zərbələri üzərində çalışır.
Məşqlərdə onunla yanaşı, digər ön xətt oyunçuları - Tyevi Bifuma, Yusuf Türk və Juan Pedro da iştirak edir. Hücumçulara bu işdə İsmail Yüksek, Uğur Kaan Yıldız və qapıçılar köməklik göstərirlər.
I Liqa təmsilçisi çempionatda keçirdiyi son 6 oyunda cəmi 4 qol vurub.
Qeyd edək ki, 1998 - 2005-ci illərdə "Bursaspor"un formasını geyinmiş Okan Yılmaz 2000/2001 və 2002/2003 mövsümlərində Türkiyə Super Liqasının bombardiri olub. Milli komandada 8 oyun keçirmiş keçmiş forvard 8 oyunda 5 dəfə fərqlənib.