Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı qolkiper hazırda yerli çempionatın lideri olan “Torpedo” ilə anlaşıb.
Martın 27-də yeni klubuna qoşulacaq Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın formasını geyinəcək.