Norveçin "Volerenqa" klubunun idman direktoru Yorgen İngebriqtsen "Qarabağ"ın futbolçusu İbrahima Vadjini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Sportnet.az-ın məlumatına görə, klub rəsmisi yerli mətbuata müsahibəsində seneqallı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib.
O, ötən yay belə bir fikirlərinin olduğunu bildirsə də, hazırda ümumiyyətlə ön xətt oyunçusu almaq istəmədiklərini vurğulayıb.
Qeyd edək ki, İbrahima Vadji "Qarabağ"a cari mövsümün əvvəlində Norveçin "Haugesund" komandasından keçib. 27 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.