MOİK və "Sabah-2" arasında Azərbaycan I Divizionunun XIX tur oyununda dava düşüb.
Sportnet.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində qonaq komandanın futbolçusu Mixeil Ergemlidze meydan sahiblərinin müdafiəçisi Rüstəm Rüstəmovu vurub.
Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə gürcüstanlı oyunçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, oyunda hesab açılmayıb.