
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" ilə cavab görüşündə "Sabah" klubunun futbolçularına kəsilmiş cəza yumşaldılıb.
Sportnet.az-ın məlumatına görə, Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarından verilmiş şikayəti təmin edib.
İntizam Komitəsinin Aleksey İsayev barəsində 2 oyun şərti olmaqla 4 oyun kənarlaşdırma cəzası 1 oyun şərti olmaqla 2 oyunluq kənarlaşdırma cəzası ilə,
kluba verdiyi 3 200 manat cərimə cəzası 1 600 manat məbləğində cərimə cəzası ilə,
qapıçı Səlahət Ağayevə 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə,
kluba verilən 4 800 manat cərimə cəzası isə 3 200 manat məbləğində cərimə cəzası ilə,
legioner Zurab Oçiqava barəsində 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə,
klub barəsində 6 400 manat məbləğində cərimə cəzası isə 3 200 manat məbləğində cərimə cəzası ilə əvəz edilib.
Qərar 30 gün ərzində tərəflərə göndərilməlidir.