"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçin transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün sonunadək olan müqaviləyə imza atan 30 yaşlı qolkiper "gənclik şəhəri" təmsilçisində 23 nömrəli formada çıxış edəcək.
----------------------------------
"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.
Sportnet.az "report"a istinadən xəbər verir ki, 30 yaşlı Ukrayna əsilli qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Qeyd edək ki, bu, Andrey Popoviç daha əvvəl 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "Sumqayıt"ın formasını geyinib. 2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş təcrübəli oyunçu "Bakı", "Abşeron" və "Qəbələ" komandalarının da şərəfini qoruyub.
Onun son klubu Ukrayna LNZ-si olub.