19 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Vladimir Yezerski Rusiyaya qarşı müharibəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin U-21 yığmasının analitiki Yevgeni Qres sosial şəbəkədə bildirib.
O, 46 yaşlı mütəxəssisin könüllülərdən ibarət taborlarun tərkibində bir aydan çoxdur Kiyevi müdafiə etdiyini yazıb.
Qeyd edək ki, Vladimir Yezerski 1998 - 2008-ci illərdə Ukrayna millisinin formasını geyinib. Keçmiş müdafiəçi Kiyev "Dinamo"su isə ilə 1 dəfə, "Şaxtyor" (Donetsk) komandası ilə 2 dəfə ölkə çempionu olub. Yezerski 2008/2009 mövsümündə Donetsk təmsilçisi ilə UEFA Kubokunu (hazırkı Avropa Liqası) da qazanıb.