UEFA Rusiya yığmalarına və klublarına qarşı tətbiq olunan sanksiyalarla bağlı yeni qərar qəbul etməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasında açıqlama verib.
Sloveniyalı funksioner bu məsələni müzakirə edəcəklərini bildirib: "Yaxın vaxtlarda qərar verməliyik. Amma bizə daha çox informasiya lazımdır".
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya komandalarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.