AFFA İntizam Komitəsi "Rəvan" komandasının futzalçısı Sabir Həsənovu 1 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.
Sportnet.az-ın məlumatına görə, buna oyunçunun İkinci Liqada “Timsport"la görüşdə AFFA rəsmisini təhqir etməsi və ona fiziki təsir göstərməsi səbəb olub.
Həsənov 26-cı dəqiqədə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulandan sonra bu addımı atıb. Futzalçı yenidən meydana daxil olaraq hakimlər briqadasını da təhqir edib.