UEFA İspaniyada "Atletiko" (Madrid) və İngiltərənin "Mançester Siti" klubları arasında keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu üçün azarkeş sayına məhdudiyyət qoyub.
Sportnet.az-ın "Sky Sports" nəşrinə istinadən məlumatına görə, Avropa futbol qurumu bu məqsədlə görüşün baş tutacağı "Vanda Metropolitano" stadionunda tribunaların qismən bağlanmasına qərar verib.
UEFA bu addımı Mançesterdəki ilk qarşılaşma zamanı iki komandanın azarkeşləri arasında baş vermiş insident səbəbindən atıb. Həmin görüşdə "şəhərlilər" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Atletiko" - "Mançester Siti" oyunu aprelin 13-də keçiriləcək.