Yamayka gənclər yığmasının futbolçusu Omar Leinq paytaxt Kinqston küçələrindən birində güllələnib.
Sportnet.az xəbər verir ki, bu barədə "Jamaica Obsrever" məlumat yayıb.
Yamaykanın "Kavalyer" klubunun 18 yaşlı futbolçusu bu gün öz doğum gününü qeyd edib.
Leinq keçən il "ISSA/Digicel Manning Cup" turnirində Müqəddəs Endryu Liseyinin bombardiri olub.