
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Rusiyanın "Torpedo" klubunda debüt edib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı qolkiper evdə "Qazprom-Yuqra"ya qarşı Superliqanin 1/4 final mərhələsinin 2-ci oyununun iştirakçısı olub. Görüş meydan sahiblərinin 3:8 hesablı məğlubiyyəti ilə başa çatıb.
İlk qarşılaşmada "Torpedo" rəqibinə qalib gəlib - 5:3. Hazırda ümumi hesab 1:1-dir.
Qeyd edək ki, Rövşən Hüseynli "Torpedo" ilə 2 aylıq müqavilə imzalayıb.