"Qəbələ” Topaz Premyer Liqasının XXVI turunun "İnter”lə oyununun hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Simurq”la Zaqataladakı cavab oyunundan (0:0) sonra Qəbələdə məşq keçən "qırmızı-qaralar” birgünlük istirahətdən sonra yenidən bir araya gəlib.
Bu gün Bakıda toplaşan Roman Qriqorçukun yetirmələri ADBTİA-nın stadionunda məşq keçib. Fiziki hazırlıqlarla başlayan məşq toplu çalışmalarla davam etdirilib. Yalnız bir futbolçu – zədə üzündən komandadan ayrı düşən Dodo məşqə qatılmayıb.
"Qəbələ” sabah qarşılaşmanı keçiriləcəyi "İnter Arena”da son məşqinə çıxacaq.
Qeyd edək ki, martın 18-də keçiriləcək "İnter” – "Qəbələ” oyunu saat 18:00-da başlayacaq.