
Azərbaycanda idman mərc oyunları bazarına yeni daxil olan “Misli” ermənilərə məxsus klubun oyununu mərc proqramına daxil edib.
Sportnet.az xəbər verir ki, şirkət Estoniya çempionatında çıxış edən və paytaxt Tallini təmsil edən “Ararat” komandasının matçını canlı mərc qoyuluşuna çıxarıb.
Bukmeyker kontorunun bu addımı birmənalı qarşılanmayıb.
Qeyd edək ki, "Misli" bu il yanvarın 17-dən Azərbaycanda fəaliyyətə başlayıb.