İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən böyük sensasiyalarından biri yaşanıb.
SportneLaz xəbər verir ki, London təmsilçisi "Vest Hem" elitadan rəsmən ayrılıb və növbəti mövsüm Çempionşipdə çıxış edəcək.
“Çəkicdöyənlər” son turun nəticələrindən sonra 39 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Bununla da komanda 2011/2012 mövsümündən sonra ilk dəfə Premyer Liqanı tərk edib.
Mövsümün çempionu isə 85 xalla "Arsenal" olub. İlk “üçlüy”ü "Mançester Siti" və "Mançester Yunayted" tamamlayıb.
Turnir cədvəlinin yuxarı sıralarında sürpriz komandalar da yer alıb. "Bornmut" 57 xalla avrokubok zonasına yaxınlaşıb, Premyer Liqaya yeni yüksələn "Sanderlend" isə 54 xal toplayaraq uğurlu mövsüm keçirib.
Mövsümün ən böyük uğursuzluqları isə "Börnli" və "Vulverhempton" olub. Hər iki klub vaxtından əvvəl aşağı liqaya düşməsi dəqiqləşən komandalar sırasında yer alıb.











































































