"Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Xəzər Lənkəran"ı 3:1 hesabı ilə yendikləri görüşdən sonra deyib.
44 yaşlı mütəxəssis həm öz komandasından, həm də rəqibdən razılığını bildirib: "Öz oyunumuzu bir kənara qoyub, "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”.