
"Hər kəsi təbrik edirəm. Üstümüzdə fərqli məsuliyyət var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən il əldən verdikləri titulu qaytarmaq istəyirdilər: "Uğurlu mövsüm keçirdik. Builki kollektivimiz daha da təkmilləşib. Fərqli yanaşma oldu. Çempion olduqdan sonra məsuliyyət artır. Həm adı qoruyub-saxlamaq, həm də ölkəni avrokuboklarda təmsil etmək lazımdır. Bizə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Hər kəs əziyyət çəkdi".
Təcrübəli oyunçu öz çıxışını da dəyərləndirib: "Mənim üçün sabitlik önəmlidir. İl ərzində fərqli yükjlənmələr olur. Heç vaxt oyunumdan razı olmuram. Daha yaxşısını etməyə çalışıram".
Ağdam klubunun müdafiəçisi Kevin Medina isə ilboyu bu anı yaşamaq üçün oynadıqlarını vurğulayıb: "Bunun üçün qələbələr qazanırdıq. Özümə gəlincə, hər matçda əlimdən gələni edirdim. Çalışırdım ki, bütün bacarığımı meydanda göstərim".